Fotosessiya
Fotosessiya

Abbasdan ad günündə yeni fotosessiya

Abbasdan ad günündə yeni fotosessiya

Bu gün doğum gününü qeyd edən Əməkdar artist Abbas Bağırov yeni fotosessiyası ilə gündəmə gəlib. 

OLAY yazır ki, 42 yaşına qədəm qoyan sənətçi açıq havada başında şlyapa, ağ “mayka” qəhvəyi pencək, bej şalvar və eyni rəngdə sandaletdə obyektiv qarşısına keçib.

Bağırovun şəkillərinin müəllifi peşəkar fotoqraf Eko Ağalarovdur.

Abbas sözügedən fotolarını instaqramda yayımlayaraq “Bu günü də yaşamaq mənim üçün böyük uğurdur. Çox şükürlər olsun hər yaşadığımız günə” şərhini yazıb.