Fotosessiya
Fotosessiya

Erkan Özermanı bağışlamadı

Erkan Özermanı bağışlamadı

Aktrisa-model Azra Akın “Best Model”in prezidenti Ekran Özermanı məhkəməyə verib.

OLAY yazır ki, buna səbəb təşkilatçının bir müddət əvvəl Akın barədə söylədiyi fikirlərdir.  

Azra KİV-ə açıqlamasında hüquqi prosesə başladığını qeyd edib.  

Xatırladaq ki, Özerman aktrisa haqqında bunları demişdi: “O qızı Kıvança (Tatlıtuğ- red) atdığı çirkinlik və böhtanlara görə yaşatmazdım. Onu evinə həbs edərdim, çölə çıxa bilməzdi. Uşağa nə etdi? Səbəb qısqanclıqdır. Amsterdamda yaşayırdı. Oğlan Parisdə işləyirdi. Telefonda “Bu gecə kiminlə yatmısan, kiminlə oyandın?” deyə soruşur və ağlamağa başlayırdı. Oğlan qatara minib onun yanına gedirdi. Ona görə dəfiləni atmışdı”.