Fotosessiya
Fotosessiya

Ancelina Coli həmkarına aşıq olub

Ancelina Coli həmkarına aşıq olub

Dünya şöhrətli 49 yaşlı aktrisa Ancelina Colinin 20 il əvvəl eşq yaşadığı 48 yaşlı həmkarı Kolin Farrellə aşiq olub.

OLAY yazır ki, bunu Coliye yaxın mənbə “In Touch Weekly” nəşrinə açıqlamasında söyləyib.

Onlar 2004-cü ildə “İsgəndər” filminin çəkiliş meydançasında tanış olublar. Eyni zamanda həmin dövrlərdə onların münasibətdə olduqları haqda şayiələr yayılıb. 

Ancelinanı ən çox heyrətləndirən irlandiyalı aktyorun necə qayğıkeş və fədakar ata olmasıdır.

Belə ki, Farrell bu yaxınlarda 20 yaşlı oğlu Ceyms Kim Bordeneyvin sağalmaz xəstəliyi haqda müsahibə verib. Aktyor bildirib ki, həkimlər onun övladına 2 yaşında olarkən “Angelman” sindromu (Gecikmiş inkişaf, nitq və tarazlıq problemləri, əqli əlillik və bəzən qıcolma tutmaları xəstəliyi – red.) diaqnozu qoyublar. O, oğlunun uğurlarından göz yaşları içində danışıb. Bundan əlavə, sənətçi xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə kömək edəcək bir fond yaradıb. Ceymsdən başqa Farrelin 2009-cu ildə doğulan Henri adlı oğlu da var.

Bildirilir ki, Coli üçün kişinin atalıq keyfiyyətləri olduqca önəmlidir.