Fotosessiya
Fotosessiya

Suada və ərinin Belçika tətili

Suada və ərinin Belçika tətili

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə həyat yoldaşı Kristoferlə bərabər tətilə Avropaya yollanıblar.

OLAY yazır ki, Belçikaya gələn məşhur cütlük restoranların birində çəkdirdikləri fotoları instaqram səhifələrində izləyiciləri ilə bölüşüblər.

Suada özünün və ərinin şəklinə “Vafli və süd kokteyllərindən həzz aldığımız “Polaroid” şəkilləri ilə yay əhval-ruhiyyəsinə qayıdırıq. Yaşasın şirin anlar və günəşli günlər!” şərhini yazıb.

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.