Fotosessiya
Fotosessiya

Suadadan atası ilə paylaşım

Suadadan atası ilə paylaşım

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə atası Elxan Hacızadə ilə bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, valideyini ilə uşaqlıq fotosunu sosial şəbəkə hesabında yayımlayan musiqiçi onu doğum günü münasibəti ilə təbrik edib.

S.Hacızadə bildirib ki, bu gün atasının 58 yaşı tamam olur:

“Mənim əbədi evim. Səni sevirəm ata. 58 yaşınız mübarək. Zaman çox sürətlə keçir..sevgimiz məsafədən güclənir. Mən həmişə sənin kiçik qızın qalacağam və sən həmişə mənim qəhrəmanım olaraq qalacaqsan. Yaxşı insan və heyrətamiz ata. Bizim aslan kralımız”.

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.