Müğənni Günay İbrahimli bacısı İlahə ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, sənətçi bacısının fotolarını instaqramda yayımlayaraq, onun doğum günü olduğunu yazıb.
G.İbrahimli İlahəni bu sözlərlə təbrik edib:
“Mənim gözəl bacım, yeni yaşın sənə çox düşərli olsun. Sağlam həyat, uzun ömür arzu edirəm. Kariyeranda hər zaman yüksəklərdə olasan. Səninlə fəxr edirəm. Yaxşı ki, doğulmusan. Yaxşı ki, bacımsan”.
Qeyd edək ki, Günay İbrahimlinin İlahədən başqa Nicat adlı bir qardaşı da var.