Fotosessiya
Fotosessiya

İdmançı ayrıldığı müğənni arvadını biabır etdi

İdmançı ayrıldığı müğənni arvadını biabır etdi

Latviyalı basketbolçu Yanis Timma bir müddət əvvəl ayrıldığı 41 yaşlı həyat yoldaşı Rusiyanın estrada ulduzu Anna Sedakovanı biabır edib.

OLAY yazır ki, bununla bağlı 32 yaşlı  idmançı sosial şəbəkə hesabında paylaşım edib.

Timma həyat yoldaşının mahnılarından birinin sözlərini post şəklində yayımlayıb, həmçinin onun adını işarələyərək bunları yazıb:

“Dediyin bir sözə də inanmıram. Qurduğumuz hər şey, ata, ana, pula dəyişdin. Sevgi pul olmadan olmaz. Mən həqiqətən çox şey demək istərdim. O adam mənim nə demək istədiyimi bilir. Təslim olmaq üçün qorxaq olsam belə, belə yaşamaq istəmirəm”.

Növbəti paylaşımında Timma qorxulu xahişini dilə gətirib:

“Zəhmət olmasa, kimsə Bunu (Anna və Yanisin iti – red.) qayğısına qalsın. Bunu onun (Annanı nəzərdə tutur – red.) yanında qoymasın. 

Qeyd edək ki, cütlük 4 il əvvəl sentyabrın 4-də ailə qurub.