Rusiyada fəaliyyət göstərən azərbaycanlı aktyor Anar Xəlilov Fransaya köçüb.
OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında məlumat verib. O, Parisdə yaşayacağını bildirərək özünə yeni komanda axtardığını yazıb.
Qeyd edək ki, Anar Xəlilov Şukin adına Teatr İnstitutunun məzunu, Rusiyanın xalq artisti Lyudmila Maksakovanın tələbəsidir.
O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb. Aktyor həmçinin Rusiyanın məşhur “Məxməri mövsüm”, “Maska-E-rad”, “Qonaqlar”, “Miras” və sair layihələrinə çəkilib.
Aktyor fəaliyyətindən başqa, Xəlilov həmçinin müxtəlif layihələrdə fotomodel kimi iştirak edir.