Olay
Olay

Azərbaycanlı aktyorun Maldiv tətili

Azərbaycanlı aktyorun Maldiv tətili

Rusiyada fəaliyyət göstərən azərbaycanlı aktyor Anar Xəlilov tətilə yollanıb.

OLAY yazır ki, sənətçi istirahət üçün Maldivi seçib. O, tətilindən görüntüləri sosial media hesabında paylaşıb.

Qeyd edək ki, Anar Xəlilov Şukin adına Teatr İnstitutunun məzunu, Rusiyanın xalq artisti Lyudmila Maksakovanın tələbəsidir.

O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb. O, həmçinin Rusiyanın məşhur “Məxməri mövsüm”, “Maska-E-rad”, “Qonaqlar”, “Miras” və sair filmlərində rol alıb.

Aktyor fəaliyyətindən başqa, Xəlilov həmçinin müxtəlif layihələrdə fotomodel kimi iştirak edir.