Rusiyada aktyor və model kimi fəaliyyət göstərən azərbaycanlı Anar Xəlilov yeni fotoları maraq doğurub.
OLAY yazır ki, Anar yarıçılpaq halda dənizdən çıxarkən çəkilən şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Xəlilov paylaşımına “Salam, necədir?” şərhini yazıb.
Qeyd edək ki, Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb.