Yeni mövsümdə “Harika Çılgınlar” serialına çəkiləcək daha bir məşhurun adı açıqlanıb.
OLAY yazır ki, Fırat Tanış, Vahide Perçin, Cem Yiğit Üzümoğlu və Devrim Yakutun kimi tanınmış simaların rol aldığı ekran işində iki qızı ilə Berlində yaşayan və ötən il “Ru” serialı ilə yenidən çəkiliş meydançalarına qayıdan Meryem Uzerlinin qatılacağı gözlənilir.
Uzerli Büyükadada başlayacaq tarixi serialda Rozali rolunu canlandıracaq.
Meryem Uzerli serialda maraqlı bir təsadüf yaşayacaq və illər əvvəl ayrıldığı “Muhteşem Yüzyıl” serialında onun yerinə gələn Vahide Perçinlə eyni layihədə yer alacaq.