Fotosessiya
Fotosessiya

Cennifer boşandığı Benin ad gününə gəldi

Cennifer boşandığı Benin ad gününə gəldi

Hollivud aktyoru Ben Afflek ötən gün 52 yaşına qədəm qoyub.

OLAY yazır ki, doğum gününündə onu əvvəlcə keçmiş həyat yoldaşı Cennifer Qarner, daha sonra isə boşanmağa hazırlaşan Cennifer Lopez evinə təbrik etməyə gəliblər. 

Bütün dünya Ben Afflek ilə Cennifer Lopezin boşanmasını müzakirə etsələr də, həyat yoldaşları sanki heç nə olmamış kimi bir-birləri ilə ünsiyyətlərini kəsmirlər.

Ben CeyLo ilə birlikdə aldığı evdən köçüb yeni mənzil almasına baxmayaraq, pop ulduzdan hələ tam ayrılmayıb. Müğənni artıq bir neçə dəfə Afflekin evinə qonaq gedərkən görüntülənib.

Cennifer Lopez nəfis libasda çəkdirdiyi fotolarını sosial şəbəkələrdə paylaşsada lakin doğum günü olan ərinin adını belə çəkməyib. 

Ulduz sosial şəbəkə vasitəsi ilə ərinə açıq şəkildə müraciət etmək istəməyib. Lopez Affleki gizli ziyarət etmək qərarına gəlib. Lakin bu dəfə də Cennifer paparatsiyaların obyektivinə tuş gəlib.  Onlar müğənnini artıq aktyorun evindən çıxıb şəxsi avtomobilinə minərkən yaxalayıblar. Cenniferin Beni təbrik etməsi cəmi yarım saat çəkib.

Qeyd edək ki, bu, aktrisanın Ben Afflekin evində ikinci görünüşüdür. Bir neçə gün əvvəl Lopez ərini gizlicə ziyarət edib və evində demək olar ki, beş saat vaxt keçirib.