Fotosessiya
Fotosessiya

Braziliyalı iş adamı nəvələri ilə təyyarə qəzasında öldü

Braziliyalı iş adamı nəvələri ilə təyyarə qəzasında öldü

Braziliyalı iş adamı Arni Spirinq və iki nəvəsi ölkəsində təyyarə qəzasında həlak olublar.

OLAY yazır ki, məlumata görə, kiçik ikimühərrikli “King Air” təyyarəsi havada partlayaraq Braziliyanın Mato Qrosso əyalətinin Apiakas kəndində yerə çırpılıb. 

Qəzada beş nəfərin öldüyü bildirilib. 70 yaşlı braziliyalı iş adamı Spirinq və nəvələri ilə yanaşı, təyyarənin pilotu və biznesmenin həmkarı həlak olub.

Hüquq mühafizə orqanları insidentlə bağlı araşdırmaya başlayıb.