Fotosessiya
Fotosessiya

Gülben Tatlısesin yeni doğulan nəvələri ilə görüşdü

Gülben Tatlısesin yeni doğulan nəvələri ilə görüşdü

Türkiyəli müğənni Gülben Ergen türk musiqisinin “imperatoru” İbrahim Tatlısəsin yeni doğulan əkiz övladları ilə görüşüb.

OLAY yazır ki, onlar dənizkənarı istirahət mərkəzlərinin birində bir araya gəliblər.

İdo və Yasemin cütlüyünün övladının birini qucağına alan Ergen “Bismillahi Rahmanı Rahim” sözlərini dilə gətirərək uşaq arabasında uzan digər körpəyə yaxınlaşıb. Əkizləri qucağında saxlayan Gülben onları öpərək əzizləyib. 

Həmin anları lentə alan İdo sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, 2021-ci ildə ailə quran İdo-Yasemin cütlüyünün əkiz övladları İbrahim Ayel və Sinan Emir bu ilin yanvar ayında dünyaya gəlib. İbrahim Tatlısəs yanvarın 25-də Ayelin ürəyində problem olduğunu açıqlayaraq izləyicilərindən dua etmələrini istəyib.Daha sonra əməliyyat olunan Ayelin vəziyyətinin yaxşı olduğu açıqlanıb.