Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin gəlini Yasemin Şefkatlı oğlu Ayelin sağlıq durumu ilə bağlı məlumat verib.
OLAY yazır ki, o, oğlunun aprel sonunda yenidən əməliyyat olunacağını açıqlayıb. Bu barədə türk mətbuatı məlumat yayıb.
“Ayeli dünən həkimə apardıq. Həkimi onun çox yaxşı olduğunu dedi. Bu ayın sonu əməliyyat olunacaq. Bunun bir keçici bir müddət olduğunu bilirəm. Hər şey yaxşı gedəcək. Yaxşı ki, varsınız”, - deyə, Şefkatli söyləyib.
Qeyd edək ki, Yasemin və İdo Tatlıses əkiz övladları İbrahim Ayel və Sinan Emiri bu ilin əvvəli qucaqlarına alıblar. Uşaqlardan birinin ürəyində doğuşdan problem yaranıb, o daha öncə bir dəfə də əməliyyat olunub.