Dünyaca məşhur “Facebook”un yaradıcısı Mark Zukerberq həyətində həyat yoldaşı Prisilla Çenin heykəlini ucaldıb.
OLAY yazır ki, bununla bağlı Mark instaqramda paylaşım edib.
Əsərin müəllifi heykəltəraş Daniel Arşamdır. Qadının fiquru göy rəngdə hazırlanıb, onun ətrafında qanadların görünüşünü yaradan metaldan hazırlanmış parça dalğalanır. Markın yayımladığı fotoda heykəlin yanında 39 yaşlı Prisilla fiqurla eyni rəngli fincan tutub.
Şərhlərdə 40 yaşlı Mark Zukerberqin həyatında etdiyi ən humanist iş olduğunu yazıblar.
Qeyd edək ki, Mark Zukerberq və Prisilla Çen 2003-cü ildə Harvard Universitetində oxuyarkən tanış olublar. 2012-ci ildə yalnız yaxın qohumlarının iştirak etdiyi malikanələrində təvazökar bir toy ediblər. Onların üç qızı var: Maksima 2015-ci ildə, Augusta 2017-ci ildə və Aureliya 2023-cü ildə anadan olub. Prisilla ixtisas üzrə pediatrdır və hazırda xeyriyyə işlərində fəal iştirak edir.
Ailə demək olar ki, qapalı həyat tərzi keçirir və nadir hallarda ictimai tədbirlərdə görünür. Lakin bu yaxınlarda cütlük “əsrin toyu” - hind milyarderləri Radhika Merçant və Anant Ambaninin varislərinin toyunda iştirak ediblər.
İndi “Facebook”un yaradıcısı “Forbes”in versiyasına görə planetin ən varlı adamları siyahısında dördüncü yeri tutur. Onun sərvəti 177 milyard dollar qiymətləndirilir.