Fotosessiya
Fotosessiya

Madonna bunun üçün sevgilisi ilə İtalyaya gəldi

Madonna bunun üçün sevgilisi ilə İtalyaya gəldi

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Madonna 66 illik yubileyi ərəfəsində ənənəsinə sadiq qalaraq İtalyaya gəlib.

OLAY yazır ki, sənətçini yeni sevgilisi 28 yaşlı Akim Morris müşayiət edib.

Pop kraliça “Pompey” amfiteatrında dəbdəbəli şənlik keçirmək qərarına gəlib. 

Ciddi bakterial infeksiya Madonnanı dünya turunu təxirə salmağa məcbur etdikdən sonra sənətçi doğum gününü sevdikləri ilə qeyd etməyə qərar verib. 

Şənlikdə 500-ə yaxın məşhur qonağın iştirakı gözlənilir. O cümlədən orada tətildə olan həmkarı Keti Perri və Britaniyalı aktyor Orlando Bloomun da məclisə qatılacağı deyilir. 

İtaliyanın mədəniyyət naziri Cennaro Sanculiano da doğum məclisində iştirak edəcək.