Dünya pop səhnəsinin ulduzu Selena Qomez elektron siqaret çəkməkdə şübhəli bilindikdən sonra təqiblərlə üzləşib.
OLAY yazır ki, buna səbəb sənətçini sosial şəbəkə hesabında əlini ürək “emoji”si ilə örtdüyü fotosunu paylaşması olub.
Belə ki izləyicilər onun “vape” çəkdiyini iddia ediblər.
Əvvəlcə çoxları düşünürdü ki, bu foto ilə Selena Qomez sevgilisi Benni Blanko ilə nişanlı olduğuna eyham vurub, lakin sonra sosial şəbəkə əhli şəkli böyüdüb və orada “vape” görüb.
Pərəstişkarlar bunu eşidərək Qomezə əsəbləşiblər ,çünki onun sağlamlığı üçün narahatlıq keçiriblər. Beləki, 2017-ci ildə Selenanın dostu Fransia Raisa, sistemik lupus eritematosus (ciddi otoimmün xəstəlik -red. ) səbəbiylə transplantasiya tələb etdikdən sonra bir böyrəyini ona bağışlayıb.
Bu xəstəlik kifayət qədər ciddi məhdudiyyətlər qoyur: xüsusilə, qida qəbulunu ciddi şəkildə məhdudlaşdırmaq və pis vərdişlərlə vidalaşmaq lazımdır.
Qeyd edək ki, bir müddət əvvəl izləyicilər Selenanın yenidən qeyri-qanuni maddələrdən və spirtdən istifadə etməyə başladığına inanıb və bunun üçün sevgilisi, musiqi prodüseri Benni Blankonu günahlandırmağa başlayıb.