Fotosessiya
Fotosessiya

Selena Qomez ərə gedir?

Selena Qomez ərə gedir?

Müğənni və aktrisa Selena Qomezlə Benni Blankonun evlilik xəbərləri yayılıb.

OLAY yazır ki, buna səbəb sənətçinin bir neçə gün əvvəl sosial mediada müzakirələrə səbəb olan foto yayımlaması olub. 

Şəkildə Selenanın Benni ilə nişanlanacağına bir işarə olduğu deyilib. Belə ki, Qomezin sol əlinin barmağına ürək emojisi əlavə etdiyini görən pərəstişkarları nişan üzüyünü gizlətdiyini düşünüb.

Pop ulduz bu məsələ ilə bağlı açıqlama verməyib.