Fotosessiya
Fotosessiya

“O, məni var gücü ilə qoruyub”

“O, məni var gücü ilə qoruyub”

“60 yaşlı çinar. 42 ilini onun kölgəsində böyümüşəm! Məni var gücü ilə qoruyub və kökündən sevgi ilə bəsləyib”.

OLAY yazır ki, bu sözləri aparıcı Lalə Azərtaş əmisi haqqında yazıb. Onunla fotosunu paylaşan Lalə bunları qeyd edib:

“Mən də ona sevgi ilə yazıram : Yadında əlimə kiçik su vedrələri verib Gəncədə parkda çinarlara bir-bir kəhrizdən su gətirib tökməyim?! Gecə sən gələcəksən və məni karusselə aparacaqsan deyə necə həvəslə gözləməyim?! Yeni bir şey icad olunursa, əmim mənə mütləq alacaq deyə səbirsizlənməyim?! Böyüdükcə daha çox sənə bağlanmağım? Sirlərimi hamıdan tez səninlə bölüşmək üçün can atmagım?! Sən demə hər şey çinara su tökməklə başlayırmış... Mənə insanlığı, canlılara münasibəti və sevgini öyrədirmişsən! Ona görə də bu gün mənim sevgi çinarım məhz sənsən! Sağlam və uzun yaşa əmi! Bilirsən, varlığın bəsimdi!”.