Uzun müddətdir musiqi karyerasına fasilə verən dünyaca məşhur müğənni Rihanna “Savage X Fenty” adlı alt paltarı markasının yeni kolleksiyasını təqdim edib.
OLAY yazır ki, şəxsi brendinin siması olan pop ulduz məhsullarını öz üzərində tanıtmaq qərarına gəlib.
Rihanna fotolarını 4, 5 milyon izləyicisi olan rəsmi instaqram hesabında paylaşıb.
33 yaşlı müğənni “özünüz bir mənzərə olsaz, görünüşə maneə törədə bilməzsiz”,- deyə paylaşıma şərh yazıb.
Qeyd edək ki, sənətçi markası üçün yeni investisiyalarını davam etdirir. Rihanna 2021 -ci ilin əvvəlində dəyəri 1 milyard dollara çatan “Savage X Fenty” alt paltarı brendi üçün gələn il mağazalar açacaq.
Bildirək ki, alt paltarların satışı indiyədək internetdə aparılırdı.