Fotosessiya
Fotosessiya

“16 yaşımda cinsi zorakılığa məruz qalmışam”

“16 yaşımda cinsi zorakılığa məruz qalmışam”

Dünyaca məşhur model, müğənni və iş xanımı Peris Hilton etirafı ilə diqqət çəkib.

OLAY yazır ki, o, Amerikada “Uşaqların qorunması” mövzusunda qatıldığı məclisdə şok açıqlamalar verib. 

Peris 16 yaşında ailəsi tərəfindən göndərildiyi müalicə mərkəzində cinsi zorakılığa məruz qaldığını bildirib:

“Gecə saatlarında evimdən aparıb müalicə mərkəzinə qoydular. Orada mənə dərman verib, istismar etdilər. Paltarlarımı çıxartdılar, dəhlizdə sürüdülər”.