TV ulduzu Paris Hilton cinsi zorakılığa məruz qaldığını açıqlayıb.
OLAY yazır ki, model hadisənin Yuta ştatındakı Provo Kanyon internat məktəbində baş verdiyini bildirib.
“Gecə çox gec, saat 3-4 idi, məni və digər qızları otağa gətirdilər, tibbi müayinədən keçirdilər”,- deyə ulduz xatırlayır.
Hiltonun sözlərinə görə, “müayinəni” həkimlər yox, kənar şəxslər həyata keçirib. Aktrisa izah edib ki, baş verənlərin cinsi zorakılıq olduğunu dərhal anlamağa başlamayıb:
“Xatirələr hər zaman geri qayıdır və mən bu barədə düşünürəm. İndi geriyə baxanda başa düşürəm ki, bu, mütləq zorakılıq idi”.
Qeyd edək ki, Hiltonun 16 yaşı olanda valideynləri onun üsyankar xasiyyətinə görə xüsusi internat məktəbinə göndəriblər. Sənətçi evə qayıtmazdan əvvəl 11 ay orada qalıb.