Fotosessiya
Fotosessiya

Tamer Karadağlı qəza törətdi

Tamer Karadağlı qəza törətdi

Türkiyənin məşhur aktyoru Tamer Karadağlı qəzaya düşüb.

OLAY yazır ki, o,  dünən axşam saatlarında güclü qar səbəbindən sürüşən avtomobilinə hakim ola bilməyib. Buna görə o, başqa bir avtomobili əzib. Sözügedən nəqliyyat vasitəsinin sürücüsünü tapa bilməyən Karadağlı sosial şəbəkədə paylaşım edib.

O, zərər verdiyi maşının fotosunu paylaşaraq zərəri ödəməyə hazır olduğunu bildirib.