Fotosessiya
Fotosessiya

Adel konsertlərini təxirə saldı- Korona həyəcanı

Adel konsertlərini təxirə saldı- Korona həyəcanı

Dünyaca məşhur müğənni Adel Las- Veqasda həftələrlə davam edəcək konsertlərinə başlaya bilməyib.

OLAY yazır ki, buna səbəb müğənninin komandasında böyük bir qismin koronavirusa yoluxması olub. Ona görə də sənətçi konsertlərini təxirə salmaq məcburiyyətində qalıb.

Adel bu xəbəri sevənlərinə ağlayaraq çatdırıb. O, deyib ki, mövcud duruma görə çox üzgündür:

“Amma şou hazır deyil. Komandamda çox insan koronaya yoluxub. Çox çalışdım amma vaxtım qalmadı”.

Qeyd edək ki, Adel 16 aprelə qədər cəmi 24 konsert verəcəkdi. Bunun üçün satışa çıxarılan biletlər 6 saata bitmişdi.