Fotosessiya
Fotosessiya

Emin xanımı ilə Maldivdə istirahət edir

Emin xanımı ilə Maldivdə istirahət edir

Azərbaycanın Xalq artisti Emin Ağalarov keçmiş xanımı Alyona Qavrilova və qızı Afina ilə istirahətə yollanıb.

OLAY yazır ki, sənətçi hazırda Maldiv adalarında tətil edir. 

O, lentə aldığı görüntüləri instaqramda izləyiciləri ilə bölüşüb. Eminin paylaşımlarında əsasən qızı Afina yer alır. 

Qeyd edək ki, 2021-ci ilin dekabrında EMİN yeni “31.12” klipinin qəhrəmanı olan Alena Qavrilova ilə yenidən bir araya gəldiyini rəsmən elan etdi.

Onlar qızlarının üzünü ilk dəfə sözügedən klipdə ictimaiyyətə təqdim etdi.