Məşhur müğənni Bülent Ersoyun növbəti addımı müzakirələrə səbəb olub.
OLAY yazır ki, o, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün qəbrini əlil arabasında ziyarət edib.
Bundan başqa Ersoyun yanında köməkçilərinin olmasına baxmayaraq, onun çətirini bir hərbçinin tutması qınanılıb.
Sosial şəbəkələrdə yayılan bu görüntülərə istifadəçilər sərt reaksiya verib.