Bir müddət əvvəl avtomobil qəzasında sevgilisi Erdal Şeyda Lafçını itirən müğənni Gülçin Ergül hələ də hadisənin təsirindədir.
OLAY yazır ki, bu barədə keçmiş “Hepsi” qrupunun digər solisti Cemre Kemer məlumat verib. O, jurnalistlərin “Gülçin xanımı ziyarət etdinizmi” sualını cavablandırıb:
“Yox getmədik. Bildiyim qədərilə Gülçin çox çətin günlərdən keçir. İstanbulda qalmaq istəmir. Özünün açıqlamadığı bir şeyi mən deyə bilmərəm”.
Qeyd edək ki, Ergüllə sevgilisi Balıkesirdə qəzaya düşüb. Hadisə nəticəsində Lafçı ölüb, Gülçin isə yaralanıb.