Olay
Olay

Dəhşətli qəzada özü yaralandı, sevgilisi öldü

Dəhşətli qəzada özü yaralandı, sevgilisi öldü

Məşhur “Hepsi” qrupunun keçmiş üzvü, tanınmış müğənni Gülçin Ergül sevgilisi, iş adamı Erdal Şeyda Lafçı ilə birgə qəzaya düşüb. 

OLAY yazır ki, hadisə Türkiyənin Balıkesir şəhərində baş verib. Maşını ifaçının sevgilisi idarə edib.

Bildirilib ki, avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində Gülçin yaralanıb və təcili xəstəxanaya yerləşdirilib. 

Erdal Lafçı isə hadisə yerində dünyasını dəyişib.