Fotosessiya
Fotosessiya

11 milyonluq evi yandı

11 milyonluq evi yandı

Məşhur model Kara Delevinin Los Ancelesdəki villası yanıb.

OLAY yazır ki, 7 milyon dollar (11 milyon 900 min manat) dəyərindəki ev yanaraq kül olub. Hadisə zamanı Delevinin şəhər kənarında olduğu ortaya çıxıb.

94 yanğınsöndürən mənzili 2 saat ərzində söndürə bilib.

“Bu gün qəlbim qırıldı. İnana bilmirəm, həyat göz açıb-bağlayana qədər dəyişir, sahib olduqlarınızın dəyərini bilin”, - deyə, Kara bu barədə paylaşım edib.

O, yanğınsöndürənlərə, yardım edən insanlara təşəkkür edərək, pişiklərinin də xilas olunduğunu bildirib.