Bu günlərdə “Gaddar” serialı ilə izləyici qarşısına çıxan aktrisa Sümeyye Aydoğan Serenay Sarıkayaya bənzədilməyindən danışıb.
OLAY yazır ki, aktrisa “Ne olursan ol rahat ol” proqramında bu durumdan məmnun olduğunu deyib.
“Rəng olaraq bir-birimizə bənzəyirik. Bənzədilmək xoşuma gəlir, çünki tanış olmasaq da, Serenay çox istedadlı bir qadındır, özünü təsdiqləmiş biridir. Ona bənzədilmək məni sevindirir”, - deyə, o, bildirib.
Qeyd edək ki, Sümeyye “Gaddar” serialında Çağatay Ulusoyla tərəf müqabilidir. Bir dönəm sosial mediada Çağatayın onu Serenaya bənzədiyinə görə özünün seçdiyi iddia edilirdi.