Türkiyəli müğənni İbrahim Tatlısesin gəlini Yasemin Şefkatli həyat yoldaşı İdonun doğum gününü təbrik edib.
OLAY yazır ki, bu haqda o, sosial media hesabında post paylaşıb.
“Ata olaraq ilk yaşındır. Məncə, ən gözəl yaşlarının başlanğıcı olacaq. Bilirəm, sən bizim ən böyük şansımızsan. “Kölgəsi yetər” deyirlər, tam olaraq elədir. Yaxşı ki, doğuldun, İdom, yaxşı ki, məni tapdın, yaxşı ki, bizimləsən. Səni çox sevirəm. Neçə gözəl yaşların olsun, sevgilim, çox yaşa, xoşbəxt yaşa, bizimlə yaşa”, - deyə, Yasemin yazıb.
Qeyd edək ki, cütlük 2021-ci ildə ailə həyatı qurub. Onların yanvarda əkiz övladları dünyaya gəlib.