“Yasak Elma”nın ulduzu Şevval Sam aktyor oğlu Tarık Emir Tekin ilə bağlı maraqlı açıqlama edib.
OLAY yazır ki, Şevval tez-tez Tarıkın rol aldığı “Yalı Çapkını”nın çəkiliş meydançasına gedərək oğluna baş çəkdiyini deyib.
“Oğluma baş çəkməyə gedəndə qaça-qaça gəlib qucağımda oturur. Ona oturma, böyüdün artıq deyirəm”, - deyə, sənətçi bildirib.
Xatırladaq ki, Şevval Sam bu günlərdə yeni serial həyəcanı yaşayır. O, “Yandaki Oda” serialı ilə yaxın zamanda televiziya ekranlarında izləyici qarşısına çıxacaq.