Türk aktrisa Hazal Kaya qızı Leyla Süreyyanın bir yaşını qeyd edib.
OLAY yazır ki, doğum günündən fotoları izləyiciləriylə bölüşən aktrisa ilk dəfə Süreyyanın üzünü göstərib.
“Canım qızım, ürəyim Süreyyam. Günəş kimi doğulub dünyamızı işıqlandırmağının 1 ili olduğuna inana bilmirəm. Yaxşı ki, doğulmusan, yaxşı ki, bizimləsən. Bu dördlü fotolara baxdıqca, gözlərim dolur. Sizinlə ailə olmaq çox gözəldir”, - deyə, aktrisa paylaşımında yazıb.
Qeyd edək ki, Hazal Kaya aktyor Ali Atay ilə evlidir. Cütlüyün Fikret Ali adlı bir oğlu da var