Məşhur amerikalı müğənni Keti Perri də iş xanımları sırasına qoşulub.
OLAY yazır ki, sənətçi içki brendini təqdim edəcək. Dostu Morqn Makleşlanla quracağı marka sağlam qidalanmaya aid olacaq.
Belə ki, içkilərin içində adaptogenlər olacaq. Hansı ki, onlar orqanizmin ətraf mühit faktorlarına uyğunlaşma qabiliyyətini artıran və bu kimi amillərdən zərər görməməsi üçün bitki birləşmələrini təsvir edir.