“Bu oyunda başıma gəlməyən qalmadı və çətin yollardan keçdim yanımda olan hamıya dərin təşəkkürümü bildirirəm. Artıq getmək vaxtı idi”.
OLAY yazır ki, bu sözləri instaqramda reper Əkbər Novruzlu (Epi) qeyd edib. O, ölkəni tərk etdiyini açıqlayıb:
“İnsanların məni artıq bəyənmədiyini rəylərdə ağızlarına gələni danışdığını gördüm və şəxsi həyatımda çox pis şeylər yaşadım. Layiq olmadığım şeylərə görə insanların məni ittiham etməklərinə tab gətirə bilmədim. Heç kim heç cür beynimi toparlaya bilmədiyimi, atamın ölümünün mənə necə sərt təsir göstərdiyini anlamadı. Ən yaxın dostumuz Zauru ürəyindən bıçaqlayıb öldürdülər və daha bir çox səbəbə görə ruhdan düşdüm. Əmin olun mən Bakını çox sevirəm, amma qalsaydım intihar edəcəkdim. Çünki ağlınıza gəlməyəcək dərəcədə içimdəki Epiyə yaraşdırmadığım şeylər yaşadım. Uşaqlıq arzum maşınımı dəyər dəyməzinə satdım. Hazırda İstanbuldayam, bu axşam da adını demək istəmədiyim bir yerə uçuram. Məni xaricdə görən azərbaycanlılardan harada olduğumu insanlara deməməyini xahiş edirəm. Özüm lazım gəlsə, açıqlama verəcəm, gedə bildiyim qədər uzağa gedə bilmək üçün bir yola çıxıram. Bəlkə tez bir zamanda qayıtdım, bəlkə də heç gəlmədim. Əlvida, uşaqlar, əlvida, Nərimanov, əlvida, ana!”.