Uzun müddətdir səhhətindəki problemlərlə mübarizə aparan aparıcı və müğənni Seren Serengili üzü özəl həyatında gülüb.
OLAY yazır ki, sənətçinin sevgilisi Mustafa Rahman Tohmanın ailəsi onun ziyarətinə gəlib.
Seren Tohma ailəsi ilə fotolarını instaqramda paylaşıb. Həmçinin, o, “ailəyə girdik” qısa şərhini yazıb.
Bundan sonra sosial şəbəkələrdə “Seren yenidən evlənəcəkmi” kimi sualları müzakirə olunub.
Qeyd edək ki, Serengil daha əvvəl 4 dəfə ailə qurub.