Fotosessiya
Fotosessiya

Serengil əməliyyat olunur

Serengil əməliyyat olunur

Səhhətində yaranan problemlərlə mübarizə aparan tanınmış müğənni və aparıcı Seren Serengil növbəti dəfə əməliyyat olunacaq.

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat verib. Serengil cümə axşamı xəstəxanaya gedəcək:

“Əməliyyat daha erkən bir tarixə salındı. Bir ay yarım damardan qidalanacaqdım, lakin faydası olmadığı üçün gözləmək düzgün deyilmiş. Cümə axşamı xəstəxanaya gedəcəm, səhəri gün əməliyyat olunacam. Həkimlər əməliyyatın çətin keçəcəyini söylədilər. Hətta bədənim dözməyə bilərmiş. Əməliyyat masasında qalma ehtimalım var. Hər şey pis davam edə bilər. Qan orqanlarıma getmir. Çox qorxuram. Artıq xəstəliklə gündəmə gəlmək istəmirəm. Yeni ilə qədər gözləmək istəyirdim. Lakin o qədər vaxtımız yox imiş. Bu vəziyyətə hər kəs çox üzülür”.

Qeyd edək ki, Serengil arıqlamaq üçün iki dəfə əməliyyat olunub, İkinci əməliyyatda onun mədəsinin böyük hissəsi çıxarılıb. Sənətçidə artıq sümük əriməsi başlayıb, hətta onun boyu 4 santimetr kiçilib. Bundan əlavə, ağızdan qəbul etdiyi qidalar və dərmanlar həzm olunmur.