Pop kraliçası Madonna yeni fotoları ilə fanatlarını həyəcanlandırıb.
OLAY yazır ki, ifaçı evinin tualetində və yataq otağında etdirdiyi fotosessiyanı izləyiciləri ilə bölüşüb.
O paylaşımına "Geyinilib və getməyə heç bir yer yoxdur. Ancaq çox tezliklə sizə gələcəyəm" sözlərini yazıb.
Qeyd edək ki, Madonna bir müddət öncə huşsuz vəziyyətdə tapılaraq Nyu-York xəstəxanasına aparılıb. 64 yaşlı ifaçıya ağciyərlərin süni ventilyasiyası tətbiq edilib.
Madonna bir neçə gün reanimasiya şöbəsində qaldıqdan sonra, ona ağır bakterial infeksiya diaqnozu qoyulub. Müğənninin komandası sənətçinin Avropa turnesini ləğv etdiyini açıqlayıb.