“Aşk-ı memnu”nun ulduzu, aktrisa Nebahat Çehre illər sonra serialla bağlı bəzi detalları açıqlayıb.
OLAY yazır ki, 79 yaşlı sənətçi canlandırdığı Firdevs obrazına görə nədən imtina etdiyini söyləyib:
“Öpüşmürəm, eyni yatağa girmirəm. Bu kimi qaydalarım var. Bu qərarı almaq səbəbim isə izləyicilərlə bağlıdır. Çünki tamaşaçımız bir yaşdan sonra səni o formada görmək istəmir. “Aşk-ı memnu”da mənə gənc bir sevgili rolu yazacaqdılar, “işdən ayrılaram”, - deyə, öz mövqeyimi sərgilədim.
Dedim ki, bunu etsəniz, hekayəniz məhv olar, serialın səviyyəsini düşürməyək. O, çılğın obrazı mən zərif, eleqant bir şəxsə çevirdim. Dedim ki, mütləq ki, ssenaridə mənim kiminləsə münasibətim olmalıdırsa, o, Rahmi Koç kimi varlı bir insan olmalıdır. Mənim üçün elə birini təşkil edin”.
Qeyd edək ki, serial 2 sezon yayımlanıb. 13 ildir bitməsinə rəğmən təkrarları hələ də reytinqdə yüksək yerdə olur.