Fotosessiya
Fotosessiya

Atilla Taşın 6 il həbsi istənilir

Atilla Taşın 6 il həbsi istənilir

Türkiyənin məşhur müğənnisi Atilla Taşın növbəti məhkəməsi baş tutub.  

OLAY yazır ki, prosesdə sənətçi iştirak etməsə də, vəkili onu təmsil edib. İclasda mahiyyəti üzrə rəyini bildirən prokuror bildirib ki, təşkilatla üzvi əlaqə yaratmaq üçün kifayət qədər sübutu olmayan təqsirləndirilən şəxsin əməlləri , “dövlət vəzifəlisini vəzifə borcuna görə təhqir etmə” və “dövlətin qurum və orqanlarını təhqir etmə” cinayətlərini təşkil edərək, onun 11 ay 15 gün, 6 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Taşın vəkili rəyə qarşı müdafiə üçün vaxt istəyib. Hakim təqsirləndirilən şəxsin vəkilinə müdafiəsinə hazırlaşmaq üçün vaxt verərək, iclası təxirə salıb.