Fotosessiya
Fotosessiya

Fulya Bakıda Ruhi Əliyeva ilə görüşdü

Fulya Bakıda Ruhi Əliyeva ilə görüşdü

“Liatris Holdinq”in rəhbəri Ruhiyyə Əliyeva türk aparıcı Fulya Öztürklə görüşüb.

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb.  Jurnalistlə fotolarını paylaşan iş xanımı bu sözləri qeyd edib:

“Əziz Prezidentimiz İlham Əliyevin dediyi kimi, Fulya bizim qızımızdır. Gerçəkdən də Azərbaycan sevdalısı, dilindən Qarabağla bağlı müjdələr eşitdiyimiz Fulya Öztürkü hər kəs kimi mən də çox sevirəm. 

Azərbaycana hər gəlişində görüşüb söhbətləşirik. Şirin dili, qılıqlı, mehriban təbiəti onu hər dəfəsində daha da canayaxın edir. Bu gün yenə bir araya gəldik. Ölkələrimizin dostluğundan Qarabağadək, bütün gözəlliklərdən danışdıq. Fikrinin, könlünün aydınlığı, sevgisi ilə gerçək bir Türk qızı olduğunu bir daha isbatladı. Dostluqlarımız, məmləkətlərimiz daim var olsun, əziz Fulyam”. 

Öztürk özü də bu haqda paylaşım edərək bu sözləri yazıb:

“Azərbaycanın xeyirsevər iş insanı Ruhi xanım mənim üçün çox dəyərlidir. Onu ziyarət etmədən qayıtmaq olmazdı. Yaxşı ki, varsan, gözəl insan”.