Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal növbəti dəfə onunla bağlı paylaşım edib.
OLAY yazır ki, o, aktrisanın səhifəsində post paylaşıb. Röyal deyib ki, Tünzalənin atası ona ikinci dəfə evlənməsi üçün icazə verib:
“May ayının 30 idi. Gecə dedi ki, gedək, bir az dəniz havası alaq. Söylədi ki, Röyal bura hər gün gələk? Dedim, əlbəttə. Uşaq kimi sevindi. Mən onun bu gülüşünü dərhal çəkmək istədim. O, mənə baxıb güldü. Bəli, bu, nur üzlü xanım mənim həyat yoldaşımdır. O şanslı kişiyəm ki,bu cür namuslu, islamı, insanları sevən bir xanımla ailə qurmuşam. Həmd olsun. Mənə qayınatam dedi ki, Röyal, sənə icazə verirəm, ailə qur. Dedim ki, mən evliyəm, ailəm var. Sadəcə dünyasını dəyişib. Nur üzlü yarım, övladımın anası, axirətdə görüşənədək. Sadəcə səbr edəcəm”.