Dünyaca məşhur model Noami Kempbell son iki ildə qızının üzünü ictimaiyyətdən gizlətməyə çalışsa da, bu, onda alınmayıb.
OLAY yazır ki, sosial şəbəkələrdə körpənin üzünü görə biləcəyiniz bir video yayılıb.
Görüntülər bu ilin mayında Naomi Kempbellin 53 illik ad günü şənliyində lentə alınıb. Qız anasının geyiminə uyğun bej və qızılı rəngli paltar geyinib. Lakin qonaqların onları görüntülədiyini görən Kempbell cəld qızının üzünü əli ilə örtüb.