Aparıcı Zümrüd Bədəlova şəhərdə yaşadığı narahatlıqa bağlı status paylaşıb.
OLAY yazır ki, Zümrüd İçərişəhər Dövlət Tarix-memarlıq qoruğu idarəsinin idarə heyətinin rəisi Şahin Seyidzadəyə müraciət edərək bu sözləri qeyd edib:
“Şahin Seyidzadə, mən həm öz adıma, həm də vətəndaşların adına sizdən xahiş edirəm ki İçərişəhərə girişimizi mülayim şəkildə təmin edəsiniz. Eyyub adlı növbə rəisi nə məsələdirsə, növbəti dəfə mənim maşınımı içəri buraxdırmır. Bu gün turistlərə olunan xoş rəftar və bizə olunan rəftar hamımızı məyus etdi. Bu məsələni çoxdandır işıqlandırmağa cəhd edirəm. Amma fikrimdǝn dönürəm. İşləridir deyib, susuram. Mən öz şəhərimdə azad şəkildə böyüdüyüm İçərişəhərə girə bilmirəmsə, üstəlik pis rəftar görürəmsə, buna artıq susmayacam. Xahiş edirəm turistlərlə yanaşı öz millətimizə, üstəlik jurnalistə hörmətsizlik etməyək. Anlayışla qarşılayacağınızı və Eyyub adlı rəislə bu məsələni aydınlaşdıracağınızı ümid edirəm”.