Fotosessiya
Fotosessiya

“Obyektlərimdən biri Vüsalənin adınadır”

“Obyektlərimdən biri Vüsalənin adınadır”

Müğənni Yaşar Cəlilov uzun müddətdir birgə çalışdığı Vüsalə Kərimova ilə bağlı maraqlı açıqlamalar verib.

OLAY yazır ki, bu barədə o, “7 canlı” verilişində danışıb. Yaşar V. Kərimova və prodüseri Natiqlə bağlı “Var-dövlətini hansına əmanət edərsən” sualına cavab kimi bunları söyləyib:

“Yarısnı Natiqə, yarısını Vüsaləyə. Seçim etmək lazımdırsa, Natiq yəqin, inciməz məndən.Vüsalı xanımı seçim, lakin hər ikisinə də güvənirəm. Natiqi dostlarıma təqdim edəndə deyirəm ki, ona ev-eşiyini, arvad-uşağını təhvil ver, get. O, elə bir oğlandır. Natiqə sözlə demişəm, bəlli olub. Obyektlərimdən biri Vüsalə xanımın adınadır. Ona etibar etmişəm”.

İki xanım prodüserlə bağlı “Hansı ilə çalışarsınız” sualına gəlincə Yaşar “Gərək Vüsalə rəhmətə getsin ki, bu xanımlardan biri ilə çalışım” cavabını verib.