Fotosessiya
Fotosessiya

“Avtobusa minməmişəm” deməyi tənqid olundu

“Avtobusa minməmişəm” deməyi tənqid olundu

Türk teleaparıcı Burcu Esmersoy açıqlamaları ilə gündəmə gəlib.

OLAY yazır ki, sənətçinin sözlərinə görə, o, heç vaxt avtobusdan istifadə etməyib:

“Bir çəkilişdən qaça-qaça bura gəldim. Görüşlərimə gecikdiyim vaxt ictimai nəqliyyatdan istifadə edirəm. Metrodan da istifadə edirəm. Məni görənlər gülümsəyir, şəkil çəkdirir. Avtobusa heç vaxt minməmişəm”.

Aparıcının bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Buna görə o, İnstaqram hesabında söylədiklərinə aydınlıq gətirib.

“Dostlar, mən metroya minirəm. İçiniz rahat olacaqsa, bütün ictimai nəqliyyat vasitələrindən istifadə etmişəm. Sadəcə, indiyə kimi avtobusa minmədiyimi dedim. Bu, ondan heç vaxt istifadə etməyəcəyim anlamına gəlmir. Məqsədiniz insanların üzərimə “hücum” çəkməyini istəməyinizdirsə, o məsələ ayrı... Amma yazdığınız “kliklənmə” xəbərlərinə diqqət edin” - deyə, Esmersoy bildirib.