Türkiyənin pop ulduzu Ajda Pekkan lüks villasını satıb.
OLAY yazır ki, 2020-ci ildən bəri Sarıyerdəki evini sata bilməyən məşhur nəhayət istədiyinə nail olub.
Əvvəl 118 milyon TL-ə hərraca çıxarılan malikanə 65 milyon TL-ə (təxminən, 6 milyon manata) satılıb. İki mərtəbəli, 6 otaqdan ibarət villanın geniş hovuzu, 3 vanna otağı var.