Fotosessiya
Fotosessiya

Bir yerdə poza vermək istəmədilər

Bir yerdə poza vermək istəmədilər

Küsüb barışmaqları ilə daim gündəmdə olan aktrisa Meqan Foks və repçi sevgilisi Maşin Qan Kelli ötən gün qırmızı xalıda görüntülənib.

OLAY yazır ki, cütlük “Sports Illustrated Swimsuit” dərgisinin özəl mərasiminə qatılıblar.

37 yaşlı sənətçini gecəyə qara, transparan, sinə dekolteli libas, ifaçı isə ağ kostyumla qatılıb. Bundan başqa, Meqan və Maşinin birlikdə kameralar önündə poza verməməsi diqqətdən yayınmayıb.

Qeyd edək ki, Meqan Foks və Maşin Qan Kelli sağlam münasibət üçün terapiyaya gedirlər.