Fotosessiya
Fotosessiya

“O adları ilk dəfədir eşidirəm”

“O adları ilk dəfədir eşidirəm”

Aparıcı Hüsniyə Məhərrəmova diqqətçəkən paylaşım edib.

OLAY yazır ki, o, İnstaqram hekayəsində bir qadınla arasında keçən əhvalat haqda yazıb:

“Tədbirdəyəm. 2 minə yaxın xanım iştirak edir. Çox qorxulu görüntüdür. Elə bil tsunami ayağa qalxıb, makiyaj edib tədbirə gəlib. Bir xanım da yaxınlaşıb. Haradasa 55 yaşı olar. Deyir ki, mən sizin babanızla qonşuyam: “Atanızla bir yerdə böyümüşük. Şirbala əmi ilə bizim ailəmiz çox yaxın olub. Siz balaca olanda Siyəzənə gələndə həmişə sizi görərdik. Fəxr edirəm ki, Siyəzəndən belə bir adam çıxıb. Həmişə sizi televizorda görəndə deyirəm ki, bu qız siyəzənlidir, qapı qonşumuz olub. Gəl, şəkil çəkdirək”. Çəkdirdik. 

Daha demədim ki, mən Siyəzənin yolunu tanımıram. Heç vaxt orada olmamışam. Onun dediyi adları həyatımda ilk dəfədir eşidirəm. Babamın biri qəbələli, digəri şamaxılı olub! İkisi də çoxdan rəhmətə gedib. Elə özüm də demək olar babamın yaşındayam… Amma ürəyini qırmadım. Siyəzənli qonşularımıza ailəmiz adından salam göndərib xoşbəxt ayrıldıq!”.